2026/27 mövsümündə Konfrans Liqasının ümumi mərhələsində iştirak edəcək bütün 36 klub müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, komandalar səbətlər üzrə aşağıdakı kimi bölünüb:
Birinci səbət: "Atalanta", "Braqa", "Ayaks", "Frayburq", "Monako", "Kopenhagen"
İkinci səbət: "Midtyulland", "Srvena Zvezda", "Gent", "Panatinaikos", "Pafos", "Brayton"
Üçüncü səbət: "Luqano", "Xetafe", "Tvente", KUPS, "Boraç" Banya-Luka, "Sent-Truyden"
Dördüncü səbət: "Linkoln" Gibraltar, "Brann", "Harts", "Kayrat", "Trabzonspor", "Universitatya Krayova"
Beşinci səbət: "Riqa", "Hayduk", "Yablonets", "Nordşelland", "İnter Eskaldes", "Orhus"
Altıncı səbət: "Tun", CSKA Sofiya, "Jalgiris" Kaunas, "Myellbyu", "İberiya 1999", "Eqnatia"
Qeyd edək ki, "İnter Eskaldes" Avrokuboklarda iştirak edəcək Andorra təmsilçisi kimi tarixdə bir ilkə imza atıb. Konfrans Liqasının ümumi mərhələsinin püşkatması 28 avqustda keçiriləcək.


