İngiltərənin Premyer Liqasına yeni yüksəlmiş "İpsviç" klubu "Aston Villa" ilə Təmmi Abrahamın icarəsi barədə razılıq əldə edib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı hücumçuya "İpsviç"də 9 nömrəli forma təklif olunub. Lakin Abraham hələlik bu keçidə razılıq verməyib.
"Aston Villa" futbolçunu yanvarda "Beşiktaş"dan 21 milyon avroya transfer edib. Abraham ötən mövsüm Premyer Liqada 12 oyunda 2 qol vurub.


