"Fənərbağça" 40 milyon avroluq transferə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, onlar "Arsenal"ın müdafiəçisi Kristian Moskera üçün transfer hazırlığı görür.
22 yaşlı futbolçunun transfer dəyəri təxminən 35-41 milyon avro təşkil edir.
Səudiyyə Ərəbistanının "Əl-Hiləl" və "Əl-Nəsr" klubları da oyunçuya yanaşma sərgiləməyə hazırlaşırlar. Lakin "Arsenal"ın baş məşqçisi Mikel Arteta gənc müdafiəçini çox yüksək qiymətləndirir.
Vilyam Salibanın həftələrlə deyil, aylarla sıradan çıxması gözlənildiyi üçün London klubu Moskeranı komandada saxlamaq niyyətindədir.



