Çet Holmqrenin NBA 2K27 oyunundakı fiziki güc göstəricisi sosial şəbəkələrdə geniş müzakirə olunub. 

Offsideplus.az xəbər verir ki, "Oklahama Siti Tander"in mərkəz oyunçusu reytinqinin komanda daxilində ən aşağı olduğunu bildirib. Holmgren-in güc göstəricisi cəmi 45 olaraq qiymətləndirilib və bu, komanda yoldaşlarından xeyli aşağıdır.

Müdafiəçi Cared Makkeynin güc reytinqi 52-dir və bu, Holmqrendən 7 xal çoxdur.

Ümumi reytinqdə isə Holmqren 86 xalla "Oklahama Siti Tander"də ikinci pillədə qərarlaşıb. Komandanın lideri isə 97 xalla Şey Qilces-Aleksander olub.