Rusiyalı sabiq futbolçu Andrey Arşavin Aleksey Batrakovun "Lokomotiv"dən "Qalatasaray"a 25+4 milyon avroya keçidini şərh edib.

Offsideplus.az xəbər verir ki, Arşavin bu transferə müsbət yanaşdığını bildirib. O qeyd edib ki, Batrakov istedadlı oyunçudur və Rusiya liqasının ulduzlarından biridir. Arşavin hesab edir ki, Batrakovun karyerasını inkişaf etdirməsi üçün "Qalatasaray"a keçid düzgün addımdır.

Arşavin əlavə edib ki, Batrakovun bacarıqları əsas heyətdə oynamağa imkan verir. "Qalatasaray" Çempionlar Liqasında çıxış edəcək və əgər Batrakov yaxşı təsir bağışlasa, Avropanın aparıcı klublarının diqqətini cəlb edə bilər.

Sabiq futbolçu həmçinin bildirib ki, 21 yaşlı, avrokubok təcrübəsi olmayan rusiyalı üçün ödənilən məbləğ böyükdür. Onun fikrincə, "Lokomotiv" üçün bu transfer məntiqlidir, çünki kluba maliyyə vəsaiti lazımdır.