Almaniyanın "Bayer Leverkuzen" klubu yarımmüdafiəçi Robert Andrixin "Leypsiq"ə transferinə açıqdır.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı alman futbolçu özü isə komandada qalmaq istəyə bilər. Andrixin "Bayer Leverkuzen"lə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. O, 2021-ci ildən "Bayer Leverkuzen"də çıxış edir və ötən mövsüm Bundesliqada 32 oyunda 2 qol vurub.


