"Orlando Medc"in gənc ulduzu Paolo Bankero pandemiya dövrünün onun karyerasına təsirindən danışıb. 2022-ci il NBA dreftində birinci seçim olan forvard bildirib ki, Zayon Uilyamson və Kuper Fləgg ətrafında yaranan diqqət tamamilə haqlıdır, lakin onun özü pandemiya səbəbindən eyni diqqəti görməyib.
Offsideplus.az xəbər verir ki, Bankero bu barədə belə deyib: "Zayon və Fləgg əla basketbolçulardır, onların ətrafında yaranan səs-küy tam əsaslıdır. Mənim vəziyyətim isə fərqli idi. Mənim NBA-ya gəlişim COVID dövrünə təsadüf etdi. Bu, hər şeyi dəyişdi. Demək olar ki, məktəbdə son mövsümüm olmadı. Bütün məzun ilim onlayn keçdi, məktəb bağlı idi. Mənim sinifimdən olan heç kim dreftdə lazımi diqqəti görmədi. Əsas diqqət mənə və Çet Holmgrena yönəlmişdi, amma COVID hər şeyi kölgədə qoydu. McDonald’s Ulduzlar Oyununda iştirak edə bilmədik."


