Avropa Liqasının 2026/27 mövsümünün ümumi mərhələsinin püşkatma mərasimi bu gün Monakoda keçiriləcək.
Offsideplus.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşkatmada 13 komanda birbaşa vəsiqə qazanıb, 12 komanda pley-off mərhələsinin qalibi, dörd komanda Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindən, yeddi komanda isə Çempionlar Liqasının pley-offunda uduzanlar arasından iştirak edəcək. Ümumilikdə turnirdə 36 klub mübarizə aparacaq.
Klublar səbətlər üzrə belə bölünüb:
1-ci səbət: "Bayer Leverkuzen", "Benfika", "Yuventus", "Milan", "Lion", AZ, "Olimpiakos", "Real Sosyedad", "Marsel".
2-ci səbət: "Ferentsvaroş", "Viktoriya" Plzen, "Union", "Dinamo" (Zaqreb), "Zalsburq", "Seltik", "Sparta" Praqa, "Renn", "Anderlext".
3-cü səbət: "Şturm", "Lex", "Kristal Pelas", "Bornmut", "Sanderlend", "Selye", "Yagelloniya", "Omoniya", "Selta".
4-cü səbət: "Hoffenhaym", "Beşiktaş", "Torrense", "Hapoel" Beer-Şeva, NİK, OFİ, "Lillestrem", "Levksi", "Ararat-Armeniya".


