"Gəncə" daha bir basketbolçunu heyətinə cəlb edib.


Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-dən olan Kobi Maqi yeni mövsümün sonunadək komandanın şərəfini qoruyacaq.

Müdafiəçi mövqeyində oynayan Kobi 195 sm boya malikdir. 

Qeyd edək ki, 23 yaşlı basketbolçu ilk dəfə legioner həyatı yaşayacaq. O, bunadək yalnız vətənində çıxış edib.Kobi Maqi komandada 5 nömrəli formada oynayacaq.