Çempionlar Liqasının liqa mərhələsinin püşkatmasından sonra komandaların rəqiblərinin orta güc nisbəti müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, təhlillərə əsasən, turnirdə ən çətin püşklə üzləşən klub Azərbaycan çempionu "Sabah"dır. "Mançester Siti" və Fransanın "Lans" klubları ilə yanaşı, "Sabah" da ən ağır rəqiblərlə düşən komandalar siyahısına başçılıq edir.
Bu barədə "Football Meets Data" portalı məlumat yayıb.
Mərhələnin ən rahat püşkünə isə "Ştuttqart", "İnter" və "Real Madrid" sahib olub. Təhlillər bu üç klubun rəqiblərinin nisbətən zəif olduğunu göstərir.


