"Qarabağ" Kiprin APOEL klubunun yarımmüdafiəçisi Dieqo Rosanın transferini həll edib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi 23 yaşlı braziliyalı futbolçunu 200 min avro qarşılığında 1 illik icarəyə götürüb.
Müqaviləyə əsasən, Rosa bu mövsüm matçların ən azı 50 faizində meydanda olarsa, "Qarabağ" onu 1 milyon avroya birdəfəlik transfer etmək öhdəliyi götürəcək.
O, yarımmüdafiəçi mövqeyində çıxış edir.
Transferin bu gün rəsmən açıqlanacağı gözlənilir.


