"Azarkeşlərə bayram olacaq rəqibdir”.
Bu sözləri “Sabah”ın Çempionlar Liqasındakı rəqiblərindən “Barselona” haqqında Offsideplus.az-a danışarkən Vaqif Sadıqov deyib:
“Barselona”nın adı üstündədir. Azarkeşlər hər dəfə belə klubun gəlməyini istəyirdi. Onlar İspaniyanı təmsil edir. İspaniya da ən güclü millilərdəndir. Yığmanın əsas üzvləri “La Masia” yetirmələridir. “La Masia” da “Barselona” akademiyasıdır. Nəhayət ki, ən güclüsünü görəcəyik. Böyük bayram olacaq. Nəticəni qırağa qoyaq, amma niyə də Sabah”ımız “Barselona”nı “məğlub etməsin? Bizi maraqlı oyunlar gözləyir. Bəli, “Barselona”nın bu günə qədər ölkəmizə gəlmiş ən böyük komanda olduğunu deyə bilərik. Azarkeşlərə bayram olacaq rəqibdir. Psixoloji, taktiki və fiziki cəhətdən “Sabah”ın gücünü biləcəyik”.
8 rəqibin 6-ının TOP-5 liqalardan olmasına təcrübəli mütəxəssis belə cavab verib:
“Bundan çəkinmək lazım deyil. “Sabah” hər oyunda özünəməxsusluğu ilə seçilən komandadır. Püşkatmada da tərifləndi. 6 rəqibin TOP-5 liqa klubları olması kağız üzərindədir. Nəticəni zaman göstəcək. “Sabah” hər oyunda böyüyərək bizi sevindirə biləcəyinə inanıram”.


