Qubada 11 yaşadək futbolçular arasında keçirilən III "Ulduz Cup" beynəlxalq turnirinə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, finalda Polşanın "Drukarz" komandası "Ulduz" FA-nı 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Üçüncü yeri isə "Qarabağ"a 2:0 hesabı ilə qalib gələn Özbəkistanın "Paxtakor" kollektivi tutub.
Fərdi mükafatlarda Giorgi Zekalaşvili ("Dinamo Tbilisi") ən yaxşı oyunçu, Əli Əliyev ("Qarabağ") bombardir, Dilqəm Salmanov ("Ulduz" FA) isə ən yaxşı qapıçı seçilib.
Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkil etdiyi turnirdə 7 ölkədən 12 komanda mübarizə aparıb.


