UFC-nin yüngül çəkidə çıxış edən idmançısı Umar Nurmaqomedov Merab Dvalişviliyə ləqəbini dəyişməyi məsləhət görüb. 

Offsideplus.az xəbər verir ki, o, bildirib ki, Dvalişvili artıq "Maşın" deyil, ona "Hörmətsizlik" ləqəbi daha uyğundur.

Nurmaqomedov qeyd edib: "O, daim bu barədə şikayət edir. Ondan soruşun, hansı hörmətsizlikdən danışır".

U. Nurmaqomedov növbəti döyüşünü 29 avqust tarixində Şanxayda keçiriləcək UFC Fight Night turnirində keçirəcək. Onun rəqibi Sun Yadun olacaq.