"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" liqa mərhələsində "Bayer 04", "Hoffenhaym" (hər ikisi Almaniya), "Marsel" (Fransa), "Seltik" (Şotlandiya), "Union" (Belçika), "Omoniya" (Kipr), "Kristal Pelas" (İngiltərə) və "Hapoel" (Beer-Şeva, İsrail) klubları ilə qarşılaşacaq.

"Beşiktaş" "Marsel", "Union", "Kristal Palas", "Hapoel"lə evdə, "Bayer", "Seltik", "Omoniya" və "Hoffenhaym"la isə səfərdə oynayacaq.

Qeyd edək ki, Avropa Liqasının əsas mərhələsinin matçlarına sentyabrın 16-da start veriləcək.