PSJ kampusunda gənc oyunçular üçün tətbiq edilən yeni "rəqəmsal detoks" qaydaları məlum olub.
Offsideplus.az xəbər verir ki, Fransa klubunun akademiyasında gənc futbolçuların ekran vaxtı ciddi şəkildə məhdudlaşdırılır.
Yeni qaydalara əsasən, akademiya oyunçuları kampusa daxil olan kimi dərhal telefonlarını təhvil verirlər.
Əgər oyunçuların otaqları təmiz və səliqəlidirsə, onlar axşam saat 19:30-dan 20:30-dək telefonlarını geri ala bilirlər.
Həmçinin, cümə günləri gənclər üçün istifadə vaxtı artırılaraq saat 14:00-dan etibarən verilir. Fövqəladə ehtiyaclar yarandığı təqdirdə isə oyunçuların telefon istifadəsi üçün xüsusi müraciət etmək hüququ var.



