Xulian Alvares xəstəlik səbəbindən hələ də "Atletiko"nun məşqlərinə qoşulmayıb.

Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu ardıcıl üçüncü dəfə məşqə çıxmayıb. Madrid klubundan bildirilib ki, bu, oyunçunun səhhətindəki narahatlıqla bağlıdır. Alvaresin 29 avqustda keçiriləcək La Liqanın 3-cü turunda "Sevilya" ilə oyunu buraxacağı gözlənilir.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı zamanı Alvares açıq şəkildə "Atletiko"dan ayrılmaq istədiyini və "Barselona"ya keçmək arzusunu dilə gətirib.