Ötən gün Çempionlar Liqasının püşkatması atılandan sonra "Sabah"ın rəqibləri bəlli oldu.
Azarkeşlər bu oyunlardan, ÇL ab-havasından həzz alsın, yoxsa “Sabah”dan nəticə gözləsin? Aslan Kərimov Offsideplus.az-ın bu sualını cavablayıb:
“Bu rəqibləri görüb üzülməyə haqqımız çatmır. Çempionlar Liqasının 1-ci səbətində hansı rəqibə baxsan, fərq etmirdi. Bir az futboldan başı çıxan bilməlidir ki, ÇL-i qazanmaq şansımız yoxdur. Futbol ölkəsi olmaq istəyiriksə, liqa mərhələsində oynamaq bizim üçün əməlli-başlı uğurdur. Keçmişimizi unutmamalıyıq. Mərhələ-mərhələ olmalıdır. İlk dəfə “Qarabağ” bunu bacardı, sevindik. İndi də “Sabah”a baxıb həzz almalıyıq. Klub da, komanda da bu hissi yaşayacaq. Son Dünya Çempionatına bənzəyir: bütün iştirakçılar bayram ab-havasını yaşamağa çalışırdı. Kürasao, Kabo-Verde kimi millilərin çempion olmaq şansları yox idi, amma vuruşurdular. Özbəkistan millisi üzülməli idi? Qrupdan çıxa bilmədilər, amma tarixlərində ilk dəfə mundialda iştirak etdilər və bu bayramdan həzz almağa çalışdılar. Biz də “Sabah”ın timsalında sevinməliyik. Bəlli rəqiblərlə oyunda nəticəyə ümid etsək, lap yaxşı, sevinəcəyik. “Sabah”a bu hissləri bizə yanvara qədər yaşadacağı üçün minnətdar olmalıyıq”.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasındakı “Barselona”, “Napoli”, “Borussiya Dortmunt” və “Slavia” ilə Bakıda, “Arsenql”, “Napoli”, “Vilyareal” və “Vikinq”lə səfərdə oynayacaq.


