"Mançester Yunayted" "Kristal Pelas"ın hücumçusu Jan-Filip Mateta üçün rəsmi təklif hazırlayır.
Offsideplus.az xəbər verir ki, "Qırmızı şeytanlar" bu keçid üçün Coşua Zirkze və ya Markus Reşfordun komandadan ayrılmasını gözləyirlər. Oyunçulardan hər hansı birinin "Old Trafford"u tərk edəcəyi təqdirdə, mançesterlilər dərhal hərəkətə keçəcəklər.
Fransalı hücumçu uğrunda mübarizədə "Mançester Yunayted" ilə yanaşı, "Aston Villa" və "Tottenhem" də yaxından maraqlanır. London təmsilçisi Mateta üçün yarışa başlamağa hazır olsa da, əsas şərt klubdan gedişlərin reallaşmasıdır.


