“Qarabağ” Dieqo Rosa transferini bitirib. Braziloyalı yarımmüdafiəçi artıq Bakıdadır.

Offsideplus.az futbolçu haqda məlumatları təqdim edir.

“Apoel”dən transfer edilən futbolçu ilə “Makkabi Hayfa” və “Neftçi” də maraqlanırdı. Ölkəsində futbola başlayan Rosa Avropaya ilk addımını “Mançester Siti” ilə atıb. 5 mövsüm əvvəl 6 milyon avro qarşılığında “şəhərlilər”lə müqavilə imzalayıb. 

“Apoel”in heyətində 30 oyuna çıxan Dieqo 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

182 sm boya malik yarımmüdafiəçinin 1.5 milyon “transfermarkt” dəyəri var.