"Aston Villa" hücum xəttini gücləndirmək üçün "Çelsi"dən Nikolas Ceksonun transferini rəsmən tamamlayıb.
Offsideplus.az xəbər verir ki, Birmingem təmsilçisi bu transfer üçün London klubuna ilkin olaraq 56 milyon avro sabit məbləğ ödəyəcək. Müqavilədə nəzərdə tutulan 20.6 milyon avroya qədər mümkün bonuslar və əlavə ödənişlərlə birlikdə ümumi transfer paketinin dəyəri 76.6 milyon avroya çatır.
Gənc hücumçunun yeni komandasında göstərəcəyi performans azarkeşlər tərəfindən böyük maraqla gözlənilir.


