"Fənərbağça"da daha bir ayrılıq yaşanır.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça" və "Əl-Cəzirə" Anderson Talişkanın transferi ilə bağlı razılığa gəlib.
Bu transfer prosesi maraqlı anlarla yadda qalıb.
Karyerasını BƏƏ təmsilçisi "Əl-Cəzirə"də davam etdirəcək braziliyalı ulduz yarımmüdafiəçi transferdən sonra sosial şəbəkələrdə diqqətçəkən paylaşım edib.
Talişka paylaşımında, "İnsanlar istifadə olunub kənara atılacaq əşyalar deyil" - ifadələrini işlədib. Onun bu sözləri transfer danışıqları zamanı yaşanan gərginliklərə və narazılıqlara işarə kimi qiymətləndirilib.



