NBA-da qarşıdakı üç mövsüm üçün ən perspektivli komandaların reytinqi açıqlanıb. Siyahının lideri "San Antonio Spurs" olub. Ekspertlər hesab edir ki, komandanın əsas hədəfinə çatmasında ən böyük maneə zədələr ola bilər. Bildirilir ki, "San Antonio" artıq təcrübəsizlikdən doğan çətinlik mərhələsini geridə qoyub və Viktor Vembanyama, Dilan Harper, Stefon Kasl kimi oyunçuların rəhbərliyi altında əsas məqsədə yaxın zamanda nail olmaq üçün real şansları var.

Offsideplus.az xəbər verir ki, növbəti mövsüm üçün reytinqdə birinci pillədə "Nyu-York Niks" qərarlaşıb. Ən zəif təşkilat isə "Sakramento Kinqs" seçilib. Qeyd olunur ki, klubun tarixində baş məşqçi və rəhbərlik dəyişiklikləri, uğursuz transferlər və yalnız bir dəfə pley-offa vəsiqə qazanmaları gələcək üçün nikbinlik yaratmır. İlk onluqda "San Antonio Spurs", "Oklahoma Siti Thunder", "Nyu-York Niks", "Klivlend Kavalers", "Boston Seltiks", "Detroyt Pistons", "Filadelfiya 76ers", "İndiana Peysers", "Los Anceles Leykers" və "Minnesota Timberwolves" yer alıb.