"Nyu York Niks"in müdafiəçisi Coş Hart sağ əlindəki adsız barmağındakı zədə ilə oynamağa davam edir. Onun barmağı 2025-ci il pley-off mərhələsində zədələnib və bu problem hələ də tam həll olunmayıb. Bəzən Hartın orta barmağı və kiçik barmağı da keyiyir.
Offsideplus.az xəbər verir ki, oyunçu bu vəziyyətə artıq alışdığını bildirib: "Artıq barışmışam. Karyeramı bitirdikdən sonra, yəqin ki, barmaq oynağını dəyişdirməli olacağam. Amma hazırda hər şey qaydasındadır". Məlumata görə, əməliyyat zəruri olarsa, bərpa müddəti təxminən 3 ay çəkə bilər. Hart 2025/26 mövsümündə komandasının çempionluq qazanmasına kömək edib.


