Portuqaliyalı cinah oyunçusu Rafael Leao "Milan"dan ayrılaraq "Qalatasaray"a transferi ərəfəsində klubla vidalaşıb.

Offsideplus.az xəbər verir ki, Leao yeddi il birlikdə çıxış etdiyi komanda yoldaşları ilə sağollaşdığını bildirib. O qeyd edib ki, "Milan"da keçirdiyi illər onun üçün böyük təcrübə olub və klubun tarixində iz qoyduğuna əmindir. "Mən istərdim ki, vida sözlərimi "San Siro" meydanında, azarkeşlərin qarşısında deyim, amma həyat belədir. Mənim "Milan"a olan sevgim heç vaxt bitməyəcək. Hətta uzaqda olsam da, daim onları izləyəcəyəm. Çempionluq mövsümünün xatirələri həmişə mənimlə qalacaq. Bəzən qərar vermək vaxtı gəlir. "Milan" hər zaman yüksək səviyyədə olacaq. Amorim çox yaxşı və qətiyyətli baş məşqçidir, o, "Milan"a yenidən qələbələr qazandırmağa kömək edə bilər. Onun futbol fəlsəfəsi mənə xoş gəlir. "Milan"a ən yaxşı arzularımı çatdırıram. Azarkeşlərə təşəkkür edirəm, onlar həmişə yanımda olublar. "Milan" qələbələrini davam etdirəcək", – deyə Leao vurğulayıb.