Enso Mareska 'Mançester Siti'nin 'Kristal Pelas' üzərində 4:1 hesablı qələbəsini dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi qarşılaşmanın əvvəlində çətinlik yaşadıqlarını bildirib: "Bu meydanda oynamaq asan deyil. Bunu oyundan əvvəl də bilirdik. İlk dəqiqələrdə bunu hiss etdiniz. Lakin sonradan oyuna nəzarət etdik. Komandanın oyuna yanaşması və istəyi məni çox sevindirdi. Şerki bizə kömək edir və gələcəkdə də faydalı olacaq. Onun keyfiyyətli oyunçu olduğunu bilirik: əvvəlki 'Bornmut'la oyunda iki qol ötürməsi vermişdi, bu gün isə iki qol vurdu. Amma düşünürəm ki, Rayan top olmadan da çox yaxşı işləyirdi. O, Uorton üzərində nəzarəti saxladı və çox çalışdı. Foden tədricən cinahda oynamağa uyğunlaşır. Bilirik ki, o, təbii cinah oyunçusu deyil. Amma biz həll yolları axtarırıq. Son 10-15 dəqiqədə mərkəzdə oynayanda onun daha rahat olduğunu gördük. Onun işə münasibəti çox yaxşı idi və bizə də məhz bu lazımdır".


