"Mançester Siti" İngiltərə Premyer Liqasının 2-ci turunda "Kristal Pelas"ı 4:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, bu qələbə Enso Mareskanın baş məşqçi kimi komandadakı ikinci uğuru olub. O, 10 il kluba rəhbərlik etmiş Pep Qvardiolanı əvəzləyib. Daha əvvəl "Mançester Siti" İngiltərə Superkubokunun oyununda "Arsenal"a 0:3 hesabı ilə uduzub və Premyer Liqanın ilk turunda "Bornmut"u məğlub edib.


