PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-də "Lill"lə 2:2 hesablı heç-heçəni şərh edib.

Offsideplus.az xəbər verir ki, o, komandasının son dəqiqələrdə bərabərlik qolunu vurmasını PSJ-nin son üç ildəki əsas xüsusiyyətlərindən biri kimi dəyərləndirib.

"Bu komandanın fərqləndirici cəhəti məhz budur. Hamı düşünəndə ki, bizim işimiz bitib, biz oyunun axarını dəyişə bilirik. Bu, bizi sevindirir, razıyıq. Bu gün daha artığına layiq idik, amma futbol belədir. Futbol ədalətli deyil, qol vurmaq lazımdır. Hesab edirəm ki, bu xala layiq idik. İki oyunda iki xal az görünə bilər, amma ötən il 'Renn' və 'Lill'lə oyunlarda əldə etdiyimiz nəticələri xatırlasaq, bu dəfə həmin iki matçda bir xal artıq toplamışıq. Pozitiv əhval-ruhiyyəni qorumağa çalışırıq, aydındır ki, daha yaxşı və yüksək səviyyədə oynamalıyıq. Amma bu gün komanda son dəqiqəyə qədər mübarizə apara bildiyini göstərdi", – deyə Luis Enrike bildirib.