Qadın voleybolçular arasında Avropa çempionatının 1/8 final mərhələsində Azərbaycan yığmasının rəqibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, millimiz növbəti mərhələdə Türkiyə seçməsi ilə qarşılaşacaq. "Ay-ulduzlular" Polşa komandasına 2:3 hesabı ilə məğlub olaraq A qrupunu ikinci pillədə tamamlayıb.

Azərbaycan milli komandası C qrupunu 8 xalla 3-cü yerdə başa vurub. Millimiz qrup mərhələsində 3 qələbə və 2 məğlubiyyətlə çıxış edib.

Qeyd edək ki, 1/8 final qarşılaşmaları avqustun 31-i və sentyabrın 1-də İstanbulda keçiriləcək.