Bu gün Yaponiyanın Takasaki şəhərində qadın basketbolçular arasında 3x3 Dünya Seriyasının 24-cü mərhələsinə start verilir.
Offsideplus.az xəbər verir ki, Azərbaycanı təmsil edən "Neftçi SOCAR" klubu B qrupunda Yaponiya millisi və yerli "Takasaki" kollektivi ilə mübarizə aparacaq.
Matçların təqvimi:
-
09:50. "Neftçi SOCAR" – Yaponiya
-
14:10. "Neftçi SOCAR" – "Takasaki"
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.


