"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani Bundesliqanın açılış matçında "Ştutqart" üzərində 5:1 hesablı qələbəni dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Kompani komandasının hələ heç nə qazanmadığını və hər şeyin yenidən başladığını bildirib:
"Söhbət təkcə mövsümün başlanğıcından getmir. Biz sadəcə son illərdə etdiklərimizi davam etdirməyə çalışırıq: çox enerji sərf edirik, meydanda fəal hərəkət edirik və əlbəttə, qollar vururuq. Bu gün futbolçular yenidən bunu göstərdi. Bu, sadəcə bir oyundur, cəmi üç xaldır. Hər şey yenidən başlayır – hələ heç nə qazanmamışıq. Qələbəyə olan aclığımız ilk gündəki kimi olmalıdır. Oyun əvvəlində inanılmaz dərəcədə çətin idi, amma bu, normaldır. "Ştutqart" fiziki cəhətdən və ikili mübarizələrdə çox güclüdür. Lakin biz sakitliyimizi qoruduq və imkanlarımız getdikcə daha təhlükəli oldu. Sonda düşünürəm ki, qələbəni haqq etdik, amma asan olmadı. Həmişə yüz faiz gücümüzü qoyuruq, müdafiəçilərin arxasına daim açılırıq və bir-birimizə dəstək oluruq. Nəticədə məhz bu amil həlledici oldu".


