"Mançester Siti" Xulian Alvaresin transferi ilə bağlı "Atletiko" (Madrid) ilə danışıqlara başlayıb.

Offsideplus.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi argentinalı futbolçunun keçidi üçün qarşı tərəfdən ən azı 150 milyon avro tazminat məbləği tələb edir.

Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, X. Alvares "Mançester Siti"dən "Atletiko"ya transfer olub. İspaniya klubu onun üçün 75 milyon avro ödəmişdi.