Roberto De Zerbi "Tottenhem"in yay transferləri barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi klubun transfer siyasətini yüksək qiymətləndirib və yeni oyunçuların komandaya böyük güc qatdığını bildirib. "Savinyo transferi əsl bomba oldu. Ümumiyyətlə, bütün transferlərimiz möhtəşəmdir. Bu, o deməkdir ki, biz əla oyunçular cəlb etmişik. Çox sevincliyəm. Komandamıza yaxşı futbolçular qatdıq və onlar özləri də buraya gəlmək istəyirdilər. İstəyirəm ki, oyunçular burada çıxış etdiklərinə görə qürur duysunlar və xoşbəxt olsunlar. Futbol oynamaq üçün böyük motivasiya və iddialı olmaq lazımdır. Bunlar olmadan nəticə qazanmaq mümkün deyil. Hazırda əla heyətimiz və komandamız var. Ola bilər ki, bir oyunçu da transfer edək və bir neçəsini göndərək. Amma indiki vəziyyətdən çox razıyıq", – deyə De Zerbi bildirib.

O, Premyer Liqanın ikinci turunda "Nyukasl"la qarşılaşma öncəsi ilk turda "Brentford"a 0:3 hesabı ilə uduzduqlarını da xatırladıb. "Uyğunlaşma tez baş vermir. Amma "Brentford"la oyunda potensialımız var idi və daha yaxşı oynamalı idik. Onlar qələbəyə layiq idilər, biz isə məğlubiyyətə. Yaxşı çıxış etmədik, amma daha yaxşı oynaya bilərdik", – deyə De Zerbi əlavə edib.