İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, o fəaliyyətini  "Kadis" klubunun institusional nümayəndəsi kimi davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Susa karyerasında İtaliyanın "Milan", İngiltərənin "Liverpul", İspaniyanın "Sevilya" klublarında çıxış edib.