Formula 1-in son çempionu Lando Norris "Maklaren" komandası ilə rəsmi olaraq müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, britaniyalı pilot ən azı 2030-cu il mövsümünün sonuna qədər Uokinq təmsilçisinin şərəfini qoruyacaq.

Müqavilədə anlaşmanın daha bir neçə il uzadılması opsiyası da yer alıb.

Qeyd edək ki, Norris 2019-cu ildə F1-dəki debütündən bəri "Maklaren"də çıxış edir.

O, ötən mövsüm ilk çempionluq titulunu qazanıb.