"Qalatasaray" Rafael Leaonun ardından Yusif Akçiçeki də transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" hazırda gənc müdafiəçi üçün "Əl-Hilal"la danışıqlar aparır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Tərəflər arasında yekun danışıqlar gedir. Keçid icarə əsasında baş tutacaq.
Y. Akçiçek 2025-ci ildə "Fənərbağça"dan Səudiyyə Ərəbistan klubuna transfer olub. "Əl-Hilal" onun üçün 22 milyon avro ödəyib.


