Kevin Durant peşəkar basketbolçu karyerasını başa vurduqdan sonra gələcəklə bağlı bir sıra planlarının olduğunu bildirib. Ulduz forvard hələlik idmandan ayrılmağa hazır olmasa da, yeni məqsədlər müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, Durant əsas hədəflərindən birinin ABŞ milli komandasının Olimpiya Oyunlarında baş meneceri olmaq olduğunu deyib. Qeyd edək ki, son illərdə bu vəzifəni Qrant Hill icra edib. Durant oyunçu kimi dörd dəfə Olimpiya çempionu adını qazanıb.


