“Hücum xəttində daha səliqəli oynaya bilərdik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının üçüncü turu çərçivəsində keçirilən "Şamaxı"- "Qəbələ" matçından sonra "Şamaxı"nın baş məşqçisi Azər Bağırov mətbuat konfransında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:
“Hücum xəttində daha səliqəli və dəqiq işləmək yönündə çox çalışacağıq. Futbolçularımdan razıyam. Çempionat yeni başlayıb. Turnir cədvəlində yaxın olan rəqiblərlə oyun daha çox enerji aparır. Çünki itirmək qorxusu olur. Ancaq daha yuxarı pillələrdə qərarlaşan komandalara qarşı psixoloji cəhətdən hazır olursan, rahat oynayırsan. Ona görə də futbolçularımı başa düşürəm.
Yaxşı olardı ki, öz azarkeşlərimizin qarşısında oynayaq. Amma futbolçularım bu vəziyyətdən sonra bərkiyəcəklər. "Qarabağ", "Turan Tovuz", "Qəbələ" səfərində meydana çıxdıq. Oyundan-oyuna nələrisə qazana bilirik. Səhvlərimiz də var. Çalışacağıq ki, onların üzərində işləyək”.
Qeyd edək bu nəticədən sonra "Şamaxı" iki xalla 7-ci, “Şəfa” bir xalla 10-cu pillədə qərarlaşıb.


