"İlk 15 dəqiqədə yaxşı oynadıq”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Mütəxəssis Misli Premyer Liqasının üçüncü turunda "Şamaxı"ya qarşı keçirdikləri matçla bağlı fikirlərini bölüşüb: ilə 0:0 hesabı ilə başa çatan görüşdən sonra deyib. "Qol şansı yaratdıq, ancaq son nöqtəni qoya bilmədik. Oyunun qurulmasında böyük rol oynayan futbolçular var, təəssüf ki, məsələn, Bruno Silva təsir göstərə bilmədi. O və digər cinah oyunçusu Meşak Uboçioma komandanın oyununu anlamağa başlamalıdırlar. Onlar oyunun tempini başa düşməlidirlər. Bunu xeyli müddətdir deyirəm. Azərbaycan çempionatında oyunların tempi artıb. Sonra yenidən toparlandıq və təzyiq göstərməyə başladıq. Çoxlu qol şansı yaratdıq, amma qol vura bilmədik. Oyundakı üstünlüyümüzdən yararlana bilmədik".


Qeyd edək ki, matç qolsuz bərabərliklə başa çatıb.