"Liverpul"un futbolçusu Kodi Qakpo "Mançester Siti"yə keçməyə qərar verib.

Offsideplus.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Liverpul" Bredli Barkolanı transfer etdikdən sonra 27 yaşlı futbolçu üç variant arasında seçim etməli idi: komandada qalmaq, "Tottenhem"ə və ya "Mançester Siti"yə keçmək.

Niderlandlı hücumçu "şəhərlilər"i seçib və hazırda danışıqlar irəliləyir.