"Minnesota Timberwolves"un ulduz müdafiəçisi Entoni Edvards Marvel Studios-un xrom örtüklü, aktyor Pol Raddın imzası olan xüsusi kartını hədiyyə alıb. Bu jest Edvardsın ləqəbinin (Ant – qarışqa) uyğunluğu ilə əlaqələndirilib.
Offsideplus.az xəbər verir ki, basketbolçu bu hədiyyəni yüksək qiymətləndirib və gələcəkdə "Qarışqa-adam" haqqında çəkiləcək filmdə iştirak etmək istədiyini bildirib. Qeyd edək ki, Pol Radd "Qarışqa-adam" obrazı ilə "Qisasçılar: Doktor Dum" filmində də yer alacaq və filmin premyerası 18 dekabr 2026-cı ilə planlaşdırılıb. Hazırda Marvel Studios "Qarışqa-adam" filminin dördüncü hissəsi ilə bağlı rəsmi açıqlama verməyib.


