"Real Madrid"in yeni baş məşqçisi Pedro Martinesin rəhbərliyi altında ilk yoxlama oyunu uğursuz alınıb. Komanda Pontevedrada keçirilən qarşılaşmada "Rio Breogan"a 102:110 hesabı ilə uduzub.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi matçın sonuna qədər mübarizə aparsa da, oyun ritminin və fiziki hazırlığın çatışmazlığı hiss olunub. "Real Madrid" bu oyunda Facundo Kampasso, Qabriel Dek, Andres Feliz, Xayme Pradilla, Maks Şulqa, Mikael Yantunen və Timote Luvavu-Kabarro kimi əsas oyunçularından məhrum olub. Pedro Martines məhdud heyətlə çıxış edərək qısa rotasiyadan istifadə edib. Teo Maledon və Qabriele Proçida aktiv oyun nümayiş etdirib, Olivye Sarr isə bir neçə uğurlu epizodla yadda qalıb. Lakin "Breogan" fiziki üstünlüyü ilə fərqlənərək ilk hissəni 26:22 öndə başa vurub.

Uzun fasilədən sonra zədədən qayıdan Uolter Tavares meydana çıxıb və məhsuldar dəqiqələr keçirib. Amma "Breogan" üçlük atışlarında və sürətli hücumlarda üstünlüyünü qoruyaraq fasiləyə 51:46 hesabı ilə üstün yollanıb. İkinci hissədə də meydan sahibləri təşəbbüsü əldən verməyib. "Real Madrid" əsasən Sarr, Maledon və Alberto Abaldenin fərdi ustalığına güvənib. Çuma Okekenin təşəbbüsü ilə qonaqlar sonuncu hissəyə 79:78 hesabı ilə öndə daxil olublar. Lakin son dəqiqələrdə "Breogan" üstünlüyü yenidən ələ alaraq qələbəni təmin edib. "Real Madrid"in oyun praktikası və fiziki hazırlıq baxımından geridə qalması sonluqda məğlubiyyətə səbəb olub.