Azərbaycanın U-21 yığmasının hücumçusu Lorenzo Mezzotero İtaliyanın "Sampdoriya" klubunun heyətində rəsmi matçda debüt edib.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı futbolçu B Seriyasının 2-ci turu çərçivəsində keçirilən "Yuve Stabiya" ilə qarşılaşmada şans qazanıb. Gənc hücumçu matçın 87-ci dəqiqəsində Cennaro Tutinonu əvəzləyərək meydana daxil olub.

Həmin dəqiqədə təcrübəli Lorenzo İnsinye də Danel Sinaninin əvəzinə oyuna qoşulub.

Qeyd edək ki, "Sampdoriya" öz meydanında baş tutan görüşdə "Yuve Stabiya"ya 1:2 hesabı ilə məğlub olub.