Keçmiş UFC çempionu Daniel Kormye Usman Nurmaqomedovu müdafiə edib. O, UFC-nin Şanxaydakı turnirində Umar Nurmaqomedovun məğlubiyyətindən sonra qəfəsdə Sun Yadunla yaşanan insidentə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Kormye bu barədə belə deyib: "Sun Yadun Usmana tərəf qaçdı, Usman isə qarşısını almaq üçün əlini uzatdı. Usman Yaduna dirsəklə zərbə vurmadı, gəlin konspirasiya nəzəriyyələri uydurmaqdan əl çəkək. O, Sun Yaduna hücum etmədi. Əgər qəfəsdə belə bir vəziyyətdə çox önəm verdiyin biri varsa və ona tərəf qaçmaq istəyirsənsə, bu, sənin qardaşındır". Qeyd edək ki, Yadun qələbədən sonra oktaqonda qaçaraq Usmanla toqquşub. Usman onu sinəsindən itələyib, Yadun isə buna məhəl qoymadan yoluna davam edib. Usman isə arxasınca ona bəkfistlə zərbə endirməyə cəhd göstərib.


