"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionu Kiprin APOEL klubundan Dieqo Rosanı heyətinə cəlb edib. 23 yaşlı braziliyalı yarımmüdafiəçi ilə 1 illik icarə müqaviləsi bağlanıb.
Sözləşmənin şərtlərinə əsasən, "Qarabağ" mövsümün sonunda cənubi amerikalı oyunçunu tam transfer etmək hüququna sahibdir.
Qeyd edək ki, 2021-ci ildə "Qremio"dan "Mançester Siti"yə keçən yarımmüdafiəçi karyerası ərzində "Lommel" (Belçika), "Vizela" (Portuqaliya), "Bahia", "İnter" (hər ikisi Braziliya) və APOEL komandalarında forma geyinib. O, həmçinin Braziliyanın U-16 və U-17 milli komandalarının da şərəfini qoruyub.


