"Liverpul"un sabiq kapitanı Stiven Cerard komandanın mövsümə startdakı çıxışını tənqid edib.

Offsideplus.az xəbər verir ki, Cerard İngiltərə Premyer Liqasının ilk iki turunda "Liverpul"un "Nyukasl" və "Nottingem Forest"lə 2:2 hesablı heç-heçə etməsinə münasibət bildirib.

"Düşünürəm ki, bu "Liverpul" komandası bir qədər çox yumşaqdır. Onlara dağıdıcı oyunçu çatışmır. Komanda kifayət qədər top alma və ikili mübarizələrdə qalib gəlmək baxımından zəifdir. Bu, baş məşqçinin dəyişməli olduğu növbəti addımdır. Komanda daha fiziki güclü və aqressiv olmalıdır. Keçən həftə onlar oyunu qazana bilərdilər, əgər ikili mübarizələrə, top almağa, sarı vərəqə almağa və daha sərt, bəzən də estetikadan uzaq futbola hazır olsaydılar. Bəzən qələbə başqa cür əldə olunur. Onlarda çoxlu texnikalı və istedadlı futbolçu var, amma onlara qətiyyət çatışmır. Məhz bunu baş məşqçi İraola komandaya aşılasa, uğur qazana bilərlər. Əks halda, mövsümün həlledici anlarında əsas titullar uğrunda mübarizədə "Liverpul" iştirak etməyəcək. Onlara sərtlik və güc lazımdır", – Cerard TNT Sports-a açıqlamasında bildirib.