Sofyan Amrabat karyerasını 'Betis'də davam etdirə bilərdi, lakin İspaniya klubu sonda Dani Sebalyosu transfer etməyə üstünlük verib.
Offsideplus.az xəbər verir ki, 'Betis'in baş məşqçisi Manuel Pelleqrini dayaq yarımmüdafiəçisini gücləndirmək istəyib və Amrabatı uyğun namizəd hesab edib. Pelleqrini daha əvvəl də mərakeşli futbolçu ilə çalışıb və açıq şəkildə bu tip oyunçunun vacibliyini vurğulayıb. Amrabat keçidə hazır olub və hətta 'Fənərbaxça' ilə müqaviləsini ləğv etmək barədə razılıq əldə edib. Bu, 'Betis'ə keçidin baş tutması üçün əsas şərtlərdən biri idi. Lakin klub rəhbərliyi vaxtında maaş büdcəsində yer aça bilməyib və nəticədə Sebalyosun transferinə üstünlük verilib.
Məlumata görə, Amrabat vəziyyətdən narazı qalıb, çünki 'Betis'in əsas seçimi olmadığını hiss edib. Nəticədə 30 yaşlı yarımmüdafiəçi azad agent kimi 'Ayaks'a keçib və 2028-ci ilə qədər müqavilə imzalayıb.


