"Beşiktaş" növbəti transferə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, onlar heyəti müdafiə xəttini gücləndirmək üçün "Flamenqo"nun braziliyalı stoperi Leo Pereyra transferini yekunlaşdırmağa çalışır.
İstanbul klubu 30 yaşlı futbolçunun transferi üçün qarşı tərəflə danışıqları intensivləşdirib. "Flamenqo" təmsilçisi təcrübəli müdafiəçi üçün təxminən 18 milyon avro tələb etsə də, "qara-qartallar"ın təklifini 15 milyon avroya qədər yüksəltdiyi bildiriir.
Futbolçunun özünün də "Beşiktaş"da oynamaya müsbət yanaşdığı və tərəflər arasında razılığın əldə olunmasına az qaldığı qeyd olunur.



