Turin təmsilçisi "Yuventus" yay transfer pəncərəsinin son günlərində hücum xəttini gücləndirmək üçün işləri sürətləndirib.
Offsideplus.az xəbər verir ki, "qoca Sinyora" almaniyalı hücumçu Nik Voltemade ilə birbaşa əlaqə yaradıb.
Conatan Devidin komandanı tərk etmək ehtimalına qarşı alternativ axtaran "Yuventus" Coşua Zirkzee ilə yanaşı, Voltemadeyi də əsas hədəflər siyahısına daxil edib.
İtaliya klubunun bu transferlərdən birini reallaşdırmaqda qərarlı olduğu bildirilir.


