"Qalatasaray" "Portu" klubunda çıxış edən hücumçu Deniz Gülün transferini tamamlamağa yaxındır.

Offsideplus.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında razılaşmanın maliyyə detalları belədir:

  • Təzminat məbləği: 10 milyon avro

  • Bonuslar: 1 milyon avro

  • Növbəti satışdan pay: 10%

Qeyd edək ki, 22 yaşlı hücumçu "Portu"ya 2024-cü ildə İsveçin "Hammarbyü" klubundan keçmişdi.